19 C
Baku
Sunday, April 28, 2024

İqtisadiyyat Nazirliyinin proqnozu: 2027-ci ildə orta aylıq əməkhaqqı ₼1153.2 olacaq

Azərbaycanda inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artımı ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir.

Banker.az bu barədə Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən xəbər verir.

Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106.0 milyard manata, xərclərinin isə 102.6 milyard manata qədər yüksəlməsi gözlənilir.

Qeyd edilir ki, Azərbaycan orta aylıq əməkhaqqının 2024-cü ildə 980 manat, 2025-ci ildə 1038 manat, 2026-cı ildə 1 095.4 manat,  2027-ci ildə isə 1 153.2 manat olacağı proqnoz edilir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər