-1 C
Baku
Sunday, December 15, 2024

“İqtisadiyyatımızı çökdürmək üçün Rusiyaya qarşı misli görünməmiş aqressiyaya başlanılıb”

İqtisadiyyatı çökdürmək üçün Rusiyaya qarşı misli görünməmiş aqressiyaya başlanılıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələrlə bağlı Şuranın iclasında bildirib.

“Bildiyiniz kimi, Rusiyaya qarşı görünməmiş sanksiya aqressiyasına başlanılıb. Bu, qısa müddətdə iqtisadiyyatımızı mahiyyət etibarı ilə darmadağın etməklə, valyuta ehtiyatlarımızı oğurlamaqla, milli valyutamız rublu çökdürmək və dağıdıcı inflyasiyaya səbəb olmaq məqsədi daşıyırdı”, deyə Rusiya Prezidenti vurğulayıb.

Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hazırkı vəziyyət Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir. Putin qeyd edib ki, Rusiya özünü təcrid etmək fikrində deyil, onu müasir dünyadan ciddi şəkildə təcrid etmək olmaz.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər