6 C
Baku
Sunday, December 15, 2024

İrəvan Roma Statutu ilə bağlı Moskvaya ikitərəfli saziş imzalamağı təklif edib

İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.

Bu barədə ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.

O qeyd edib ki, bu, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunması halında, Rusiyanın qorxularını dağıtmağa imkan verəcək.

“Mətn bir neçə ay əvvəl, apreldə təqdim olunub. Həmkarlarımızın reaksiyasını gözləyirik”, o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər