17 C
Baku
Sunday, May 19, 2024

İrəvanda KTMT XİN, MN və TŞ katiblərinin birgə iclası keçirilir

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurasının katiblərinin birgə iclası keçirilir.

İclasdan əvvəl rəsmilər xatirə fotosu çəkdirib.

Bu sessiyadan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.

Şuranın iclası zamanı sülhməramlı qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, birgə radioloji, kimyəvi və bioloji müdafiənin formalaşdırılması ilə bağlı bir sıra sənədlər imzalanacaq.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbulu planlaşdırılır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər