Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.
Bu barədə Hava Limanının məlumatında bildirilir.
Məlumata görə, Azərbaycanın paytaxtına bütün yaz-yay cədvəli üzrə həftədə bir dəfə, cümə axşamı “Sukhoi Superjet 100” təyyarəsi ilə uçuşlar planlaşdırılır.
Nijni Novqoroddan Bakıya uçuşlar Rusiya vaxtı ilə saat 01:00-da həyata keçirilir. Təyyarə Azərbaycana saat 05:00-da çatacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportundan geri dönüş reysi həftədə bir dəfə, çərşənbə günləri saat 21:00-da, Çkalov Beynəlxalq Hava Limanına eniş isə saat 23:00-da həyata keçirilir.