9 C
Baku
Friday, December 13, 2024

İran Avropanı enerji ilə təmin edə bilər

İran Avropanın enerji ehtiyaclarını ödəyə biləcəyini bəyan edib.

Lakin bunu Nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalanacağı təqdirdə edəcəyini vurğulayıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Çaafi məlumat verib.

Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə beynəlxalq sazişin bağlanması üzrə danışıqlar uğurla nəticələnərsə və Tehran üzərindən sanksiyalar götürülərsə, İran enerji resurslarının tədarükçüsünə çevrilə bilər. Bununla da Avropa ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı iqtisadi böhran fonunda yaranmış ehtiyaclarının böyük hissəsini ödəyə bilər.

“Ümid edirik ki, saziş bağlanacaq və İran dünya ölkələrini və Avropanı enerji ilə təmin etməkdə daha təsirli rol oynaya biləcək”, – deyə Naser Kənani Çaafi bildirib.

O qeyd edib ki, Avropanın İranın enerji potensialına həqiqətən ehtiyacı var, Tehranın köməyi isə olduqca əhəmiyyətli ola bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər