23 C
Baku
Saturday, April 27, 2024

“İran Azərbaycandan turistlərin cəlb edilməsində maraqlıdır”

“İran Azərbaycan ilə turizmin inkişafına dair proqram hazırlayıb”.

Bunu İranın turizm və mədəniyyət nazirinin turizm məsələləri üzrə müavini Əliəsğər Şalbafiyan açıqlamasında deyib.

Ə. Şalbafiyan qeyd edib ki, Azərbaycan İran üçün turizm sahəsində önəmli ölkələrdəndir: “İran Azərbaycandan turistlərin cəlb edilməsində maraqlıdır. Sağlamlıq və ziyarət turizmi sahəsində əməkdaşlığa önəm veririk”.

O qeyd edib ki, hazırda iki ölkə arasında sərhədlər açıqdır və gediş-gəliş üçün problem yoxdur: “Novruz bayramında turistlərin gediş-gəlişi ilə bağlı qərarı ölkənin koronavirusla mübarizə qərargahı verməlidir”.

Qeyd edək sabahdan (29 yanvar) Tehranda 15-ci beynəlxalq turizm və sənaye sərgisi keçiriləcək

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər