19 C
Baku
Thursday, May 2, 2024

İran Çini dəstəklədiyini bəyan edib

İran ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini qınayaraq “tərəddüd etmədən vahid Çin siyasətini dəstəklədiyini” bəyan edib.

Banker.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenaninin mövzu ilə bağlı verdiyi yazılı açıqlamada deyilir: “İran ölkələrin ərazi bütövlüyünə hörməti xarici siyasətinin əsası kimi görür. Bu kontekstdə də “vahid Çin” siyasətini dəyişməz şəkildə dəstəkləyir”.

Ölkələrin ərazi bütövlüyünə hörmətin BMT-nin əsas prinsiplərindən biri olduğunu vurğulayan Kenani son zamanlar ABŞ administrasiyasının Çinin daxili işlərinə qarışmağa çalışdığını və bu ölkənin ərazi bütövlüyünü pozma istiqamətində gərginliyə səbəb olan addımlar atdığını qeyd edib.

Kenani qeyd edib ki, İran ABŞ-ın dünyanın müxtəlif regionlarında tətbiq etdiyi, gərginliyə səbəb olan bu yanaşmasını qınayır. O bildirib ki, Vaşinqtonun ölkələrin suverenliyini pozan birtərəfli addımları yalnız qeyri-sabitliyin artmasına və ölkələr arasında münaqişələrin daha da alovlanmasına səbəb olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər