İranın Bağdaddakı səfirliyi müvəqqəti olaraq İraq vətəndaşlarına viza verilməsini dayandırıb.
Report agentliyi RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfirliyindən məlumat verilib.
“İraqın bütün vətəndaşları oktyabrın 24-dən dekabrın 27-dək İranın bu ölkədəki nümayəndəliklərinin vizasını almadan səfər edə bilər”, – deyə səfirlik qeyd edib.
İraq vətəndaşlarının İrana səfər etməsi üçün viza verilməsinin dayandırılmasına səbəb olaraq Bağdad və bir neçə şəhərdə keçirilən etiraz aksiyası göstərilib.
Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyası keçirilir.