10 C
Baku
Friday, December 13, 2024

İran Neft Şirkəti ilə “Qazprom” arasında memorandum imzalanıb

İran Milli Neft Şirkəti (NIOC) və “Qazprom” arasında Tehranda strateji əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə NIOC-un icraçı direktoru Möhsün Hocastemehr məlumat verib.

Tərəflər Rusiyanın 10 milyard dollar sərmayə qoyacağı Şimali Pars qaz yataqlarının və Kiş adasının yaxınlığındakı yataq sahələrinin işlənməsinə dair razılığa gəliblər.

“Bu memorandum İranın neft sənayesi tarixində ən böyük xarici investisiyaların cəlb olunmasına səbəb olacaq. Rusiyanın İranın neft və qaz yataqlarına on milyardlarla dollar sərmayə qoymasına imkan verəcək”, – Möhsün Hocastemehr bildirib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər