19 C
Baku
Monday, April 29, 2024

İran prezidenti Putinlə Qarabağı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib. Ölkə başçıları telefon danışığında Qarabağla bağlı bütün məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Rusiya prezidenti Rəisiyə sülhməramlı kontingentin Qarabağdakı fəaliyyəti barədə məlumat verib.

Onlar həmçinin İranın BRICS fəaliyyətlərinə rahat inteqrasiyasını müzakirə ediblər. Rəisi Putinlə söhbətində İranın BRICS-ə qoşulmaq üçün müraciətini dəstəklədiyinə görə təşəkkür edib.

Putin və Raisi “3+3” regional məsləhət platformasının işini aktivləşdirməkdə maraqlı olduqlarını bildiriblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər