16 C
Baku
Saturday, April 27, 2024

İran prezidenti Türkiyəyə gedəcək

İran prezidenti İbrahim Rəisi Türkiyə və Suriyaya səfər edəcək. 

Bu barədə dekabrın 9-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransı zamanı bildirib.

Səfərin dəqiq vaxtı və təfərrüatları açıqlanmayıb.

Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd-Bager Qalibafın Antalyaya səfər edəcəyi, burada Türkiyə və Azərbaycandan olan həmkarları ilə görüş keçirəcəyi bildirilirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər