10 C
Baku
Wednesday, December 11, 2024

İran qaz ixracı müqaviləsinin uzadılması üçün Türkiyə ilə danışıqlar aparır

İran qaz və enerji ticarəti müqaviləsinin uzadılması üçün Türkiyə ilə danışıqlar aparır.

Bu məsələ İranın neft naziri Cavad Ocinin Türkiyəyə səfərində bu ölkənin iqtisadiyyat naziri Nurəddin Nəbati və enerji naziri Fatih Dönməzlə görüşlərində müzakirə olunub.

Səfər zamanı müzakirə olunan ən mühüm mövzulardan biri İranın Türkiyəyə qaz ixracı müqaviləsinin uzadılması olub.

“Müqavilənin uzadılması məsələsi üzərində işləmək üçün danışıqları davam etdirmək və birgə işçi qrupunun yaradılması qərara alınıb”, – deyə iranlı nazir bildirib.

Qeyd edək ki, İran qazının Türkiyəyə ixracına dair hazırkı 25 illik müqavilə 2026-cı ildə başa çatacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər