19 C
Baku
Sunday, May 19, 2024

İran Qırmızı dənizə döyüş gəmisi göndərib

İran döyüş gəmisi Qırmızı dənizə daxil olub.

Bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağında əməliyyatlara başlaması ilə əlaqədar Yəməndə husilər Bab əl-Məndəb boğazından keçən İsraillə bağlı gəmilərin hədəf olacağını bəyan ediblər. Gəmilərə hücumlar başladıqdan sonra ABŞ Qırımız dənizdə ticarət gəmilərinin qorunması üçün beynəlxalq hərbi koalisiya yarandığını elan edib, bölgəyə hərbi gəmilərini göndərib. Bir neçə Avropa ölkəsi də koalisiyaya qoşulduğunu, bölgəyə hərbi gəmilər göndərdiyini açıqlayıb. İran ABŞ-ın bu addımını yolverilməz saydığını bəyan edib. Məhz bölgədə gərginliyin artması fonunda İranın “Əlborz” esminesi Bab əl-Məndəb boğazını keçərək Qırmızı dənizə daxil olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər