14 C
Baku
Saturday, April 27, 2024

İran Rusiya qazının svop tədarükünün həcmlərini açıqlayıb

Rusiyadan İrana svop tədarükü (əvəzetmə sxemi üzrə tədarük – red.) çərçivəsində qaz Azərbaycan, Ermənistan, Türkiyə, İraq, Pakistan və digər ölkələrə gedə bilər.

Bu barədə İranın neft nazirinin müavini Əhməd Əsədzadə bildirib.

“Danışıqlar aparılıb, tərəflər razılaşmalar mübadiləsi aparıblar, sadəcə icra ilə bağlı bəzi problemlər var ki, bu da tezliklə həllini tapacaq və ümid edirəm ki, biz Rusiyadan qazı ölkəmizin şimal bölgəsi vasitəsilə ala biləcəyik. Sonra bu qaz svop tədarükü ilə regionun digər ölkələrinə, məsələn, Azərbaycan, Ermənistan, Türkiyə, İraqa göndərilə bilər, həmçinin qaza ehtiyacı olan Fars körfəzi ölkələrinə ixrac üçün İranın cənubuna və ölkədən şərqə Pakistan və digər ölkələrə nəql oluna bilər”, – nazirin müavini qeyd edib.

O qeyd edib ki, bu sahədə İran Rusiya Federasiyasına müxtəlif iş modellərini – svop, ticarət və ya tranzit təklif edə bilər.

“Biz bunun mümkün qədər tez baş tutması üçün çalışırıq. Hazırda təkcə ölkəmizin şimal sərhədləri vasitəsilə gündəlik qəbul edə biləcəyimiz qazın potensial həcmi sutkada təxminən 50 mln. kubmetrdir”, – Əhməd Əsədzadə vurğulayıb.

Onun fikrincə, İran Rusiya üçün Yaxın Şərq regionunda böyük tranzit imkanlarına və əla geosiyasi mövqelərə malik ölkə kimi görünür. Əgər Rusiya Federasiyası və İran neft-qaz sektorunda tədarüklə bağlı razılığa gəlsələr, bu, hər iki tərəf üçün sərfəli sövdələşmə olacaq.

Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın bildirdiyinə görə, Rusiya və İran neft və qazın svop tədarükü üzərində işləyirlər və artıq bunun marşrutları və həyata keçirilməsi mexanizmləri üzərində iş aparırlar.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər