-1 C
Baku
Sunday, December 15, 2024

İran Rusiyadan 500 milyon dollarlıq helikopter almağa dair müqavilə imzalayıb

İran Rusiyadan 12 “Mi-17” helikopteri almağa dair müqavilə imzalayıb.

Bu barədə “Avio News” məlumat yayıb.

Bildirilib ki, 12 helikopterdən dördü 2025-ci ildə İrana tədarük ediləcək. Onlar İslam Respublikasının Qızıl Ay Cəmiyyətinin istifadəsinə veriləcək.

Məlumata görə, müqavilə 500 milyon dollar dəyərindədir.

Bildirilib ki, yeni helikopterlər zəif görmə şəraitində uçmağa imkan verən gecəgörmə sistemləri ilə təchiz ediləcək. Bu hava maşınının tədarükü ilə bağlı müqavilə İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən şəxslərin həlak olduğu helikopter qəzasından bir neçə gün sonra imzalanıb.

Son xəbərlər
Digər xəbərlər