11 C
Baku
Wednesday, December 11, 2024

İran səfiri: “Hərbi təlimlər barədə Azərbaycan tərəfinə məlumat vermişik”

“İran hərbi təlimlər barədə Azərbaycan tərəfinə məlumat veriib”.

Bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının Azərbaycanla həmsərhəd bölgədə davam edən təlimlər barədə danışarkən deyib.

“Biz qardaş Azərbaycana bu hərbi təlimlər barədə məlumat vermişik”, – İran səfiri bildirib.

O, təlimlərin sülh naminə keçirildiyini söyləyib.

İran rəsmilərinin tez-tez Ermənistanın xeyrinə bəyanatlar verməsi məsələsinə münasibət bildirən diplomat vurğulayıb ki, söhbət İranın hansısa tərəfi dəstəkləməsindən getmir: “İran öz maraqları çərçivəsində mövqeyini ifadə edir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər