18 C
Baku
Saturday, April 27, 2024

İran XİN: Vyana danışıqlarında sazişin əldə olunub-olunmayacağını bilmirik

Vyana danışıqlarında sazişin əldə olunub-olunmayacağını bilmirik.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Hələlik saziş üçün heç bir mətnin hazırlanmadığını deyən S.Xətibzadə bildirib ki, ABŞ hələ də saziş əldə etmək üçün lazımi iradəyə sahib deyil.

Onun sözlərinə görə, Vyanadakı danışıqlarda İran və ABŞ arasında həll olunmamış bir neçə məsələ hələdə qalmaqdadır.

“İran və Hərtərəfli Birgə Fəaliyyət Planının kordinatoru olan “4+1” ölkələri arasında razılaşdırılmamış heç bir məsələ qalmayıb. Yerdə qalan məsələ rəsmi Vaşinqtonun siyasi qərar qəbul etməsinə bağlıdır. Biz öz təşəbbüsümüzü irəli sürmüşük. İran və “4+1” ölkələri ABŞ tərəfindən əlverişli cavab alan kimi müzakirələri davam etdirmək üçün Vyanada toplaşacaqlar. Hamı bilməlidir ki, yaranmış fürsət pəncərəsi əbədi olaraq açıq qalmayacaq”, – Xətibzadə deyib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər