8 C
Baku
Thursday, December 12, 2024

İranın Azərbaycandakı bankı kiçilib, gəlirləri azalıb

İran Milli Bankının Bakı filialı 2023-cü ilin 1-ci yarımilliyini 2 milyon 83 min manat mənfəətlə başa vurub. Filial ötən ilin eyni dövründə 806 min manat mənfəət edib ki, bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

İran bankının faiz gəlirləri 1 milyon 495 min manat (illik müqayisədə 14% az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə İran bankının aktivləri 77 milyon 59 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 20% azdır. Bunun 7 milyon 135 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bakı filialının kredit portfeli 25% kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 37% azalaraq 37 milyon 690 min manata düşüb, kapitalı isə 6% artaraq 39 milyon 369 min manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,611 milyon manatdır.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

i1

i2

Son xəbərlər
Digər xəbərlər