İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb

“Bank Melli İran” Bakı filialı 2026-cı ilin ilk yarımilliyini 2 milyon 324 min manat xalis mənfəət ilə başa vurub. Filial 2025-ci ilin eyni dövrünü 3 milyon 224 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 28% azalma deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2025-ci ilin yanvar-iyun aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 2 milyon 835 min manat ikən, 2026-cı ilin eyni aylarında 2 milyon 681 min manata düşüb.

Cari ilin iyul ayının 1-nə İran bankının aktivləri 121 milyon 532 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 1% çoxdur. Bunun 2 milyon 402 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bakı filialının kredit portfeli 4% artıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 65 milyon 855 min manat, cəmi kapitalı 55 milyon 677 min manat, yığılmış zərəri isə 17 milyon 934 min manat təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər