12 C
Baku
Wednesday, December 11, 2024

İranın Cənubi Koreya banklarında dondurulmuş aktivləri azad oluna bilər

Cənubi Koreya və ABŞ rəsmiləri İranın dondurulmuş aktivlərinin azad edilməsi üçün əməkdaşlıq edirlər.

Bu barədə “Korea Economic Daily” qəzeti Seuldakı diplomatik və hökümət mənbələrinə istinadən xəbər yayıb.

Xəbərə görə, Cənubi Koreya və ABŞ rəsmiləri Koreya banklarında bloklanan 7 milyard dollarlıq İran pulunun sərbəst buraxılması üçün işçi qrupu çərçivəsində məsləhətləşiblər.

Məsləhətləşmələr zamanı bildirilib ki, bu vəsaitlərin buraxılması sərt şərtlərlə və yalnız İranın bu məbləğləri BMT-yə üzvlük xərcləri və koronavirusa qarşı vaksinin alınması kimi məqsədlər üçün istifadə etməsi şərti ilə həyata keçiriləcək. Seul hökumətinin rəsmisi bildirib ki, hər şey plana uyğun getsə İranla gərgin münasibətlərin xeyli yaxşılaşacağı gözlənir. İranın vəsaitlərinin sərbəst buraxılması müqabilində nüvə proqramı ilə bağlı məsələlərdə daha çeviklik nümayiş etdirəcəyi və ikili vətəndaşlığı olan girovları azad edəcəyi gözlənilir.

Hazırda İran tərəfindən casusluq ittihamı ilə həbsdə saxlanılan 3 ABŞ və İran ikili vətəndaşlığı olan şəxs var. Digər 2 məhbusun isə ABŞ-da daimi yaşayış yeri var. Siamak Namazi, Emad Şarqi və Murad Təhbaz ABŞ və İran vətəndaşlarıdır. Cəmşid Şarmahd və Şahab Dalili isə ABŞ-da daimi yaşayış yeri olan şəxslərdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər