İraq Küveytə təzminat ödənişini başa vurub

İraq ötən əsrin 90-cı illərində Küveytin işğalı zamanı bu ölkəyə vurduğu maddi ziyana görə 52,4 milyard dollarlıq təzminatın ödənişini başa çatdırıb.

Bu barədə BMT Təzminat Komissiyasının (UNCC) 16-cı xüsusi sessiyasında bildirilib.

BMT-nin qərarı ilə İraqın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirin 60 faizi, bütölükdə 1,5 milyon ABŞ dolları zərərçəkənin hesabına yerləşdirilib.

Təzminatın son hissəsi yanvarın 13-də köçürülüb.

1990-cu ilin 2 avqust tarixində İraq Küveytə ordu hissələrini yeridib. Bundan sonra BMT İraqa qarşı sanksiyalar tətbiq edib, müvafiq mandat əsasında ABŞ və müttəfiqləri Küveyti azad ediblər.

 

 

Mənbəreport.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər