“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla bu ayın sonuna qədər açıla bilər. Amma açılsa iri ticarət mərkəzlərin içərisində yolxuma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti dayandırıla bilər”, deyə TƏBİB sədri bildirib