“İrşad Elektroniks”ə yaxın olan “İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının qərarı ilə Bəşir Cəbrayılov Eldar oğlu direktor təyin edilib.
O bu vəzifədə Zaur Miqirov İlqar oğlunu əvəz edib. Miqirov BOKT-nin yarandğı – 2024-cü ildən bu tərəfə direktor kimi çalışıb.
“İrşad BOKT” MMC 2024-cü ili 68 min manat min manat xalis zərərlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə zərərin 37.7 dəfə artdığını göstərir.
Xatırladaq ki, “İrşad BOKT” MMC 2023-cü ildə yaradılıb və 1 milyon 250 min manat nizamnamə kapitalı var.






