AFB Bank İnsan resursları departamentində işə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: İnsan resursları departamenti – işə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsili;
- Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
- 1 ildən 3 ilə qədər müvafiq sahədə minimum iş təcrübəsi;
- MS office proqramlarını əla səviyyədə bilmək;
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmaq.
İŞİN TƏSVİRİ:
- Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
- Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
- Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
- İşəqəbul hesabatlarını hazırlamaq;
- Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
- İşəqəbul testlərini həyata keçirtmək;
- Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;
- Yeni işçilərin rəsmi qeydiyyatını aparmaq və sınaq müddətlərini izləmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İşə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.