15 C
Baku
Friday, May 3, 2024

İş adamı 11 ayda Azərbaycana 100 milyon dollardan çox ixrac gəliri gətirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın iyul sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-noyabr ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.

Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır.

Fiziki şəxs Şirinov Elvin Valeh oğlu 117.8 milyon dollarlıq ixracı ilə 2023-cü ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 1-ci yeri tutub.

2022-ci ilin eyni dövründə isə ixracı 41.5 milyon dollar təşkil etmişdir ki, bu da illik müqayisədə ixracın 2.8 dəfə artması deməkdir.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər