14 C
Baku
Saturday, April 27, 2024

İş etiketinin 7 başlıca qaydası

Business Insider internet nəşriyyatı uğurlu və məhsuldar iş naharının sadə, lakin vacib qaydalarının siyahısını müəyyən etmişdir.

№1. Səhər yeməyi, nahar, şam yeməyi və qəhvə

Ilk öncə onu demək lazımdır ki, “iş naharı” artıq günorta ilə məhdudlaşmır. Nahar fasiləsi vaxtı danışıqların həyata keçirilməsi ənənəsi hələ bir neçə il bundan qabaq, iş gününün 9:00-dan 17:00-a qədər olduğu vaxtlardan yaranıb. Hazırda isə iş mühiti gecə-gündüz, istirahət günləri olmadan (24/7) fəaliyyət göstərir. Bir çox biznesmenlərin artıq yadında deyil ki, onların nə vaxtsa səkkiz saatlıq iş günü və ya rahat istirahət günləri olub. Bu isə o deməkdir ki, iş naharı günün istənilən saatı (səhər, günorta və axşam) həyata keçirilir.

cas

№2. Müzakirə olunacaq məsələlər və məqsəd

Iş görüşməsi qida qəbulu zamanı baş verirsə, onda siz çox asanlıqla görüşün əsl mahiyyətindən yayına bilərsiniz. Dadlı yemək və içkilərə baxmayaraq, hər zaman yadda saxlamaq lazımdır ki, bu iş görüşməsidir. Uyğun olaraq, iş görüşməsi üçün müzakirə olunacaq məsələlər və çatılması vacib olan məqsədi müəyyənləşdirin.

kollll

№3. Bu sadəcə olaraq biznesdir, şəxsi bir şey yoxdur.

Qida qəbulu rahatlıq və məmnunluq hissi yaradır. Lakin bizə komfortlu olduğu zaman, biz görüşün məqsədini yaddan çıxara bilərik və hətta vəziyyət o yerə çata bilər ki, biz iş tərəfdaşımızı yaxın dostumuz kimi qəbul edə bilərik. Növbəti iş naharı zamanı bunu yadda saxlayın. Əlbəttə görüşü nisbətən “yumşaq söhbətlərdən” başlamaq olar, lakin bu zaman çox dərinliklərə getməməli və şəxsi məsələlərin müzakirəsinə yol verilməməlidir. Hər şey yalnız biznesə aid olmalıdır. Sizin müzakirə edəcəyiniz məsələlər siyahınız və məqsədiniz var. Lakin qeyri-formal mövzular məqsədə çatmaqda sizə kömək edəcəksə, ondan istifadə edin.

vin

№4. Alkoqollu içkilərdən istifadə etməyin.

Iş gününün ortasında qəbul edilmiş alkoqollu içki qədər heç nə insanın özünə inamını məhv edə bilməz. Stol arxasında qədəh vurmaqla aparılan keçmiş ənənəni biznes görüşlərini unudun. Alkoqol insanın potensialını və imkanlarını azaldır. Siz görüşü məhv etmək və qoyulan məqsədə çatmamaq istəyirsiniz? İş gününün yarısında alkoqol qəbul edən insan təsiri bağışlamaq istəyirsiniz? Əlbəttə ki, yox. Ona görə də alkoqola qəti şəkildə “yox” deyin.

kus

№5. Özünüzü mədəni aparın.

Iş naharı elə bir yerə çevrilə bilər ki, pis davranış və tərbiyəsizlik iş münasibətlərinə neqativ təsir göstərsin. Siz heç özünü mağara adamı kimi aparan birisi ilə nahar etmisiniz? Belə insanlar, bir qayda olaraq yemək yediyi andaca danışır, nəticədə onun ağzından həmsöhbətin üzərinə kiçik yemək qırıntıları düşür. Hərdən onlar çəngəlini sizin boşqaba tərəf uzadaraq, soruşurlar: “Siz bunu yeməyə hazırlaşırsınız?” Əgər siz mədəni təsir bağışlamaq istəyirsinizsə, onda etiket kitabı alın və diqqətlə oxuyun.

mikk

№6. Qoyun onlar danışsınlar

Söhbət zamanı kiminsə dayanmadan danışmasını heç kim xoşlamır. Insanlar diqqətlə və maraqla dinləyənlərlə söhbət etməyi daha üstün tuturlar. Danışmaq əvəzinə daha çox dinləyin. Çox açıqlıqlara varmadan etibarlı insan təsiri bağışlayacaq qədər özünüz haqqında məlumat verin və daha sonra tamamilə həmsöhbətiniz üzərində diqqətinizi cəmləyin.

kop

№7. Hesabı ödəyin

Görüşə dəvət edən insan bir qayda olaraq, hesabı da ödəməlidir. Uyğun olaraq, əgər siz iş görüşməsi həyata keçirməyi təklif etmisinizsə, onda ofisiant hesabı gətirdiyi andaca kredit kartını stolun üstünə qoyun. Bundan əlavə görüşün sonunda hətta zarafatla belə olsa da, xərcləri ödədiyinizi heç vaxt xatırlatmayın. Zarafat etdiyinizə baxmayaraq, həmsöhbətiniz bunu məzəmmət kimi qəbul edə bilər və növbəti dəfə sizinlə görüşmək istəməyə də bilər. Ən sonda isə onun deyə bilərik ki, əgər həmsöhbətiniz hesabı bütünlükdə və ya yarısını ödəməkdə təkid edirsə, onda etiraz etməyin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər