Azərbaycan sığorta bazarı iştirakçısı olan “Bakı Sığorta” ASC-nin İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.
Banker.az bu barədə Şirkətin açıqlamasına istinad edərək bildirir.
Belə ki, Şirkətdə İdarə Heyəti üzvi olan Əliyev İlqar Miryusif oğlu sədrə müavin təyin olunub. Adıçəkilən şəxs artıq 2011-ci ildən Bakı Sığortada çalışır və Bakı Biznes Univeristetini bitirib.
Bununlada Şirkətin İdarə Heyətində Sədrin 1 müavini və bir İH üzvü olub.
Ümumiyyətlə, Sığorta Şirkətinin İH 1 il ərzində tamamən dəyişib. Belə ki, hazırkı sədr Ramin Məmmədov (əvvəl onun müavini olub) Ramil Ağayevin yerinə təyinat alıb.
İşçi heyəti 5 dəfədən çox kiçilib
SŞ-nin İdarə Heyəti ilə yanaşı işçi qüvvəsində də tez-tez dəyişiklər baş verir. Bircə faktı qeyd etmək yerinə düşər ki, ilk devalvasiyadan bu günə qədər “Bakı Sığorta” ASC-nin ümümi işçilərinin sayı 181 nəfərdən 35 nəfərə düşüb. Hətta məlumata görə ilin ilk ayında bu göstərici30 nəfər idi. Bu da hazırda maliyyə qurumlarında fəaliyyət göstərən qurumlar arasında qeyd edilən göstərici ilə Bakı Sığorta “ilk pillədədir”.
Hazırdada nizamnamə kapitalı 8,92 mln. manat nizamnamə kapitalı ilə səhmlərinə iki fiziki şəxs və üç hüquqi şəxs nəzarət edir.