6 C
Baku
Sunday, December 15, 2024

İşçilərə bu məbləğdən az maaş vermək qadağandır – RƏSMİ

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) minimum əməkhaqqı artımı ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumatda bildirilib ki, işçilərə minimum əməkhaqqından az əməkhaqqı vermək qadağandır.

“İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövltin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. Qanunvericiliyə görə bu, inzibati məsuliyyətə səbəb olur”,- məlumatda vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla 1 yanvardan etibarən Azərbaycanda minimum əməkhaqqı məbləği 345 manat müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər