İşdəki həmkarlarınıza münasibətiniz necədir? Həmkarlarınıza nahar edə biləciyiniz bir dost kimi, yoxsa iş yerində yola getməyə məcbur olduğunuz bir tanış kimi yanaşırsınız?
İdarəetmə məsələləri üzrə məsləhətçi Phil Dibbs Westland Helicopters şirkətində çalışan zaman həmkarlarından biriylə anlaşmaqda çətinlik çəkdiyini bildirib.
“Caroline təchizat , mən isə satış şöbəsində çalışırdım və biz helikopterləri Müdafiə Nazirliyinə satırdıq. Biz birlikdə çalışmalıydıq, amma biz bir-birimizə nifrət edirdik. Köməkçilərimiz vasitəsiylə ünsiyyət qurmağa çalışırdıq, əks təqdirdə bütün günümüz mübahisə etməklə keçərdi. Caroline mənim təkkəbbürlü olduğumu, mən isə onun iddialı və mehriban olmadığını, amma həddən artıq cazibədar olduğunu düşünürdüm”.
Caroline və Phil əvvəlcə işdən kənarda görüşmək barədə düşünmək belə istəmirdilər. Amma sonradan dostlardan biri onların barda görüşünü təşkil edir və bundan sonra onlar bir-birinə olan münasibəti nəzərdən keçirməyə başlayıblar.
“Həmin anda qeyri-adi bir shey yox idi, amma hər şey bundan sonra başladı”, – deyə Phil etiraf edib. Onların ofisdən kənardakı görüşləri işdəki ciddi iş görüşlərindən daha səmərəli olurdu.
“Biz Las-Vegasda evləndik və 14 ildir ki, birlikdəyik”, – deyə Phil qeyd edib.
Onların təcrübəsi göstərir ki, işdən kənar həyat iş həyatıyla müqayisədə tamamilə başqadır.
Lakin belə nümunələr az deyil. Belə ki, YouGov-un keçirdiyi sorğunun nəticələrinə görə hər 5 britaniyalıdan biri (22%) özünün nikah partnyorunu iş yerində tapıb.
Kiminə iş yerindəki həmkarıyla münasibət qurmaq asandır, kimi də işlə şəxsi həyatı qarışdırmağı sevmir.
İnformasiyalaşdırma üzrə məsləhətçi Peter Smith həmkarlarıyla münasibətinin yaxşı olduğunu, lakin işdən kənarda onlarla görüşmədiyini bildirib.
“Mən günün 10-12 saatını eyni insanlarla keçirirəm. Nəyə görə işdən sonra da onlarla harasa getməliyəm ki? Mən dincəlmək, istirahət etmək istəyirəm, bunu iş yoldaşlarımla etmək mümkün deyil. İşdən sonra da iş barəsində danışmaq istəmirəm. Mənim işdən sonra, həftə sonları görüşə biləcəyim dostlarım və iş zamanı nahar edə biləcəyim həmkarlarım var. Lakin mən onları qarışdırmamağa çalışıram “, – deyə Smith açıqlayıb.
Həyatımızı və münasibətlərimizi özümüz müəyyən etsək də, bəzi şeylərdən, məsələni işdə Yeni il şənliyində iştirak etməkdən imtina etmək mümkün deyil.
Əgər siz heç vaxt bu cür tədbirlərə getmirsinizsə onda həmkarlarınız sizə onlarla maraqsız olduğunu, sizin onların komandasının bir hissəsi olmadığını düşünürlər və bu da sizə işdə xoş olmayan ab-hava yarada bilər.
Massachusetts İnstitute of Technology-nin (MİT) apardığı təhqiqatlara görə iş yerində ünsiyyət insanın əmək qabiliyyətini daha da artırır.
Tədqiqatçılar könüllülərin üzərinə radioötürücü və mikrofon yerləşdirərək onların iş yerində necə ünsiyyət qurduqlarını və bu söhbətlərin işlə bağlı olub olmadığını müşahidə ediblər. Belə aydın olub ki, həmkarlarıyla istənilən mövzuda söhbət edən şəxs öz işində daha məhsuldar olub.
Tibb işçisi Adele Harman isə əvvəllər tək çalışdığını və daha sonra 20 nəfərlik kollektivdə yeni işə başlayan zaman kimsəylə ünsiyyət qurmadığını etiraf edib.
“Lakin sonradan sən mənəvi dəstəyə ehtiyac olduğunu görürsən. Mənəvi dəstək səndə özünə inam yaradır və sən öz işində daha məhsuldar olursan “, – deyə Adele bildirib.
Iscientia şirkətinin icraçı direktoru Sasanka Sharma da öz əməkdaşlarıyla işdən sonra da mütləq görüşdüyünü bildirib.
“Hərdən biz kollektivlə birgə bir yerdə toplaşırırq, bəzən bir yerdə nahar edirik və ya gəzirik, bəzən də işdən sonra bara gedirirk. Bu görüşlər bizi yaxınlaşdırır və bir-birimizi daha yaxından tanımağa yardımçı olur “, – deyə Sharma qeyd edib.
Onun sözlərinə görə, şirkət prezidenti kimi onun bu görüşlərdə marağı var: “Cünki indiki zamanda şirkətlə hansısa emosionla bağlılığı olmayan əməkdaşı şirkətdə saxlamaq çox çətindir”.
“Mən istəyərdim ki mənim əməkdaşlarım bir-biriylə daha sıx ünsiyyətdə olsunlar və özlərini şirkətin bir hissəsi hesab etsinlər. Bu isə onlar bir ailə kimi bir yerdə olarsa mümkündür”, – deyə sahibkar deyib.
Yadda saxlamaq lazımır ki, həmkarlarla keçirilən ziyafətlərdə baş verənlər həmişə ofisin bir hissəsi olaraq qalır.
Belə ki, əgər siz barda öz şefinizlə içən zaman onun sizin şefiniz olduğunu unutmayın və ofisdə deməyəciyiniz sözləri burda da işlətməyin.
Lakin bir tərəfdən sizi işdən sonra yalnız barda tapmağın mümkünlüyü hec də ürək açan olmasa da, digər tərəfdən isə biz sosial varlıqlarıq və həmkarlarımızla dostluq münasibətlərimizi genişləndirməyimiz vacibdir.
Bu münasibətlər sizə işdə nə baş verdiyini anlamağa köməklik edərək sizin karyeranızın daha da yüksəlməsinə təkan ola bilər.