1 C
Baku
Saturday, December 14, 2024

İşdən məmnun olmağın yolları

İnsanlar vaxtlarının ən çoxunu işdə keçirirlər və buna görə də işin xoşagələn olması vacib haldır. İş insana yalnızca maddi gəlir deyil, həm də emosional məmnunluq qazandırmalıdır. Məhz öz iş fəaliyyətindən razı olan şəxslər təkmilləşmiş insanlar hesab olunur. Və əksinə olaraq iş yeri “sürgün” yerinə bənzəyirsə, demək vəziyyəti dəyişmək lazımdır. Çünki öz işindən narazılıq insanın şəxsi həyatına da təsir edir. Belə ki, öz xoşagəlməz işinizdən qayıdarkən özünüzlə birgə pis əhval və narazılıq da gətirirsiniz. Bəs öz işinizə olan münasibəti necə dəyişmək olar?

İlk öncə işlədiyiniz işin müsbət tərəflərinə diqqət yönəltmək lazımdır. Müsbət cəhətləri unudub, diqqəti yalnızca mənfiyə yönəltmək insan təbiətinə xas olan bir xüsusiyyətdir. Lakin ola bilsin ki, sahib olduğunuz işin müsbət cəhətləri mənfi cəhətlərdən dəfələrlə çox olsun. Nə isə çox, nə isə az ola bilər. Məsələn, əmək haqqınız çox az, lakin əvəzində özünüzü çox rahat hiss etdiyiniz mehriban kollektiviniz ola bilər.

Fikrinizi təkmilləşmək yoluna yönəldin. İşi karyera pilləsində yüksəlmək və maddi vəziyyətin yaxşılaşdırılması üçün potensial imkan kimi qiymətləndirin. Yorğunluq hiss etdiyinizdə isə enerjinizi bərpa edəcək kiçik məşqlər edin.

Rəhbərlik işinizdən narazılıq edirsə, ilk növbədə bunun səbəblərini müəyyən etməyə çalışın. Ola bilsin ki, işi istənilən səviyyədə yerinə yetirmirsiniz. Əksinə, əgər öz işinizi keyfiyyətli şəkildə yerinə yetirdiyinizi və sizinlə qərəzli davranıldığını düşünürsünüzsə, bu haqda rəhbərliklə danışa bilərsiniz. Bu halda sizə narazılığın əsas səbəbləri deyiləcək, yaxud da fəaliyyətiniz ilə bağlı bir neçə məsləhət veriləcək.

Bir faktı da qeyd etmək lazımdır ki, hazır ki işsizlik səviyyəsini nəzərə alaraq sahib olduğunuz işi yetərincə qiymətləndirməyi bacarsanız vəziyyət xeyrinizə dəyişəcəkdir!..

Son xəbərlər
Digər xəbərlər