15 C
Baku
Wednesday, April 24, 2024

İşğaldan azad edilmiş ərazilərdə innovativ maliyyə-bank xidmətləri yaradılır

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin yaradılması işlərinə start verilib”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.

Bundan başqa, onun sözlərinə görə, Füzulidə ən böyük təyyarələri belə qəbul edə bilən müasir aeroport tikilib istifadəyə verilib, Zəngilan aeroportunun, uzunluğu 110,4 km olan, 8 stansiyadan ibarət Horadiz-Ağbənd dəmir yolunun tikintisi davam etdirilir. İndiyə kimi bu ərazilərdə 600 km-dən çox yol çəkilib. Yeni yollar istifadəyə verildikcə, tikinti-bərpa işlərinin genişlənməsi üçün imkanlarımız daha da genişlənir. Təhlükəsizliyin təmin olunması baxımından ən böyük problem olan minalardan təmizləmə işləri davam etdirilir. 13 000 hektardan çox ərazi artıq minalardan təmizlənib, bu ərazilərin kənd təsərrüfatı üçün yararlı olan sahələrində əkin aparılır.

30 il öz doğma torpaqlarını görmək arzusu ilə yaşayan insanlarımızın yurd-yuvalarına qaytarılması üçün ciddi işlər aparılır. Lakin təbiidir ki, bu istiqamətdə görüləsi işlərimiz daha çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, daha yüksək nəticələrə nail olaq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər