6 C
Baku
Sunday, December 15, 2024

İşğaldan azad edilmiş ərazinin rezidenti mənfəət vergisi bəyannaməsini təqdim etməlidirmi?

İşğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisə ictimai iaşə xidmətləri göstərir. Vergi Məcəlləsinə görə, müəssisə vergilərdən azaddır. Bu halda, mənfəət vergisi bəyannaməsini təqdim etməlidirmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki,  Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edir.

Belə ki, işğaldan azad edilmiş ərazinin rezidentləri üçün vergi hesabatlarının təqdim olunmasında fərqli qayda müəyyən edilməyib və həmin vergiödəyiciləri vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edir. Buna əsasən, müəssisə tərəfindən mənfəət vergisinin hesabatı hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə, habelə vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər