12 C
Baku
Thursday, March 28, 2024

İşğaldan azad olunmuş ərazilərdə 30 Türkiyə şirkəti fəaliyyət göstərir

Bu gün Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 şirkəti fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən Türkiyə Səfirliyinin baş ticarət müşaviri Yakup Sefer deyib.

Y.Sefer həmin şirkətlərin yatırdığı vəsaiti də açıqlayıb.

“Ümumilikdə isə 1 milyard ABŞ dollarlıq investisiyadan danışırıq. Amma bu investisiyalar artacaq”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, ölkələrimiz arasında turist axınları da artır.

“Bu il Azərbaycandan Türkiyəyə 135 min, Türkiyədən Azərbaycana isə 125 min nəfər səfər edib”, – deyə Y.Sefer bildirib

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər