6 C
Baku
Saturday, December 14, 2024

İspaniya fiaskoya uğrayıb

İspaniyanın dövlət borcu rekord 1,107 trilyon avroya çataraq ÜDM-nin 100,9%-ini təşkil edib .

Bu barədə “RİA Novosti” agentliyi ölkənin Milli Bankına istinadən yazıb.

Məlumatda bildirilir ki, təkcə iyun ayı ərzində İspaniyanın dövlət borcu 18,549 mlrd. avro artıb.

Ölkənin İqtisadiyyat Nazirliyi inandırır ki, cari ilin sonuna kimi ölkənin borcu ÜDM-99,14%-ini təşkil edəcək.

Qeyd edək ki, İspaniyanın dövlət borcu 2009-ci ildən sürətlə artırmağa başlayıb.. Əgər 2008-ci ildə ölkənin borcu ÜDM-in 39,4%-i idisə, 2009-ci ildə isə 52,7%-a çatmışdı. 2013-cu ildə ölkənin borcu ÜDM-in 90%-ini, 2016-ci ilin mart ayında isə bu göstərici 100% -ni keçib.| FaktXəbər

Son xəbərlər
Digər xəbərlər