11 C
Baku
Wednesday, December 11, 2024

İspaniyada xarici banklar

1936-1939-cu illərin vətəndaş müharibəsindən öncə İspaniyanın iqtisadi inkişafı böyük investisiyalar üçün kifayət deyildi. Bu zaman İspaniyada cəmi üç xarici bank fəaliyyət göstərirdi: 1875-ci ildən əməliyyatları yerinə yetirməyə başlayan Crédit Lyonnais, 1916-cı ildən Londonlu və Cənubi Amerikalı bank və 1919-cu ildə Societe Generale. Daha sonra 1940-cı ildən milli qanunvericilik ölkədə hər hansı bir xarici bankın meydana gəlməsini qadağan etdi. 1941-ci ildə yeganə istisna olaraq “Banca Nazionale de lavoro”nun fəaliyyətinə icazə verilirdi. Bu ildən etibarən ölkədə cəmi 4 xarici bankın filiallarının fəaliyyətinə icazə verildi.

1962-ci ildə hökumət xarici bankların akkreditasiyasına icazə verən qanun qəbul etdi. Lakin qanunu tətbiq etmək üçün fərmanlar 1978-ci ildə hazırlanmışdı. Bununla yanaşı, onlar xarici banklara qarşı münasibətdə kifayət qədər sərt və ciddi idilər. Və nəhayət ki, 1987-ci ildə kral fərmanı xarici bankları bir neçə istisnalar olmaqla praktik olaraq yerli banklarla eyni hüquqa sahib etdi. Nəticədə yuxarıda adları çəkilən 4 köhnə bankdan və xüsusi statuslu iki ərəb-ispan banklarından başqa, 1986-cı ildə artıq İspaniyada xarici kapitallı 8 ispan bankı (bunların sırasında BNP Espana, Barclays bank espanol, City bank Espana, Chase, Nat. Westm var idi) və 1978-ci il fərmanı ilə əməliyyat həyata keçirmək hüququ alan 35 xarici bank fəaliyyət göstərirdi.

Hazırda İspaniyada xarici bankların sayı 40-dan çoxdur və bu banklar yerli bazara bir çox yeniliklər gətirmişlər. Xarici banklar gələcəkdə də İspaniya bank sektorunda əhəmiyyətli rol oynayacaqlar. Bu hər şeydən əvvəl yerli bankların böyük banklardan kiçik bankları alaraq qruplaşmada iştirak etmələri ilə baş tutacaq. Amerikalı, ingiltərəli və digər avropalı banklar son illər ispan banklarının kapitalının bir hissəsini, yaxud da onu bütünlüklə əldə etməyə cəhd edirlər.

Son xəbərlər
Digər xəbərlər