-3 C
Baku
Sunday, December 15, 2024

İsrailə daxil olarkən “PCR” testindən keçmək tələbi ləğv edilib

Mayın 21-i saat 00:00-dan etibarən bütün sərnişinlər üçün İsrailə daxil olarkən koronavirus ilə bağlı məcburi “PCR” testi ləğv edilib.

Bu barədə İsrail Səhiyyə Nazirliyi bildirib.

“21 may 2022-ci il tarixindən İsrail Dövlətinə (Ben Qurion hava limanı, quru və dəniz sərhəd keçidləri) daxil olarkən “PCR” testindən keçmək tələbi həm israillilər, həm də əcnəbilər üçün ləğv edilir. Bundan əlavə, əcnəbilərin indiyədək İsrailə uçuşa minməzdən əvvəl və ya [İsrail] sərhədini quru və ya dəniz yolu ilə keçərkən “PCR” və ya antigen testindən keçməsi tələbi ləğv edilir”, – deyə nazirliyin mətbuat xidməti bildirib.

Nazirlik həmçinin deyib ki, “İsraildən gələn və gedən reyslərdə maska ​​taxmaq məcburiyyəti mayın 23-də İsrail vaxtı ilə bazar günündən bazar ertəsinə keçən gecə yarısı qaldırılacaq”.

 

 

Son xəbərlər
Digər xəbərlər