8 C
Baku
Thursday, December 12, 2024

İsrail Bankı HƏMAS-la müharibənin iqtisadi nəticələrini $53 mlrd. olaraq qiymətləndirib

İsrail Mərkəzi Bankı Fələstinin HƏMAS qrupu ilə müharibənin nəticələrini 198 milyard şekel (53 milyard dollar) dəyərində qiymətləndirib, bu məbləğin yarısı hərbi xərclərdən ibarətdir. Tənzimləyicinin proqnozuna görə, ilin sonunda ÜDM artımı 2% olacaq (əvvəlki proqnozda bu rəqəm 2.3% olmalı idi). Büdcə kəsiri ilin sonuna ÜDM-in 3.7%-ni, 2024-cü ilin sonuna isə 5%-ni təşkil edəcək. 2024-cü ilin sonunda inflyasiya 2.4% olacaq. 2023-2025-ci illərdə ümumi müdafiə xərclərinin 107 milyard şekel (28.84 milyard dollar) olacağı gözlənilir.

Daha əvvəl noyabrın 27-də tənzimləyici uçot faiz dərəcəsini proqnozlara uyğun olaraq 4.75% səviyyəsində saxlayıb.

Noyabrın 12-də “Bloomberg” İsrail Maliyyə Nazirliyinə istinadən yazmışdı ki, ölkənin HƏMAS-a qarşı hərbi əməliyyatları ona gündəlik 260 milyon dollara başa gəlir. Agentliyin məlumatına görə, münaqişə artıq 8 milyard dollara yaxın iqtisadi ziyan vurub.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq ölkənin müdafiə ordusu Qəzza zolağına zərbələr endirməyə başlayıb, daha sonra anklavda quru əməliyyata başlayıb. İsrail ilkin olaraq oktyabrın 7-də HƏMAS-ın hücumu nəticəsində 1400 nəfərin öldüyünü bildirsə də, noyabrın 11-də xarici işlər naziri Lior Hayat məlumatlara düzəliş edib və hərbçilər və mülki şəxslər arasında ölənlərin sayını 1200-ə endirib. Nazirliyin son məlumatlarına görə, HƏMAS-ın nəzarətində olan Qəzza zolağında ölənlərin sayı təxminən 15 000 nəfərdir.

Son xəbərlər
Digər xəbərlər