Koronavirusdan sağalmış və ya peyvənd olunmuş turistlər mayın 23-dən etibarən İsraili ziyarət edə biləcəklər.
“İnterfaks” xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.
Ölkəyə daxil olmaq üçün turistlər təyyarəyə minməzdən əvvəl PZR (polimeraz zəncir reaksiyası) testindən keçməli, həmçinin Ben Qurion Hava Limanına çatan kimi yenidən PZR testi verməli və anticisimlərin olduğunu təsdiqləmək üçün seroloji testdən keçməlidirlər.