2 C
Baku
Saturday, December 14, 2024

İsrail hansı ölkələrə silah satır? – Siyahı

İsrail 2021-ci ildə 11.3 milyard dollar dəyərində silah satıb ki, bu da əvvəlki illə müqayisədə 3 milyard dollar çoxdur.

Banker.az “İz.ru”y istinadən xəbər verir ki, bunu çərşənbə axşamı, aprelin 12-sində ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti deyib.

2021-ci ildə İsrail hərbi ixracının əsas payını raketlər və hava hücumundan müdafiə sistemləri (20%), təlim xidmətləri (15%), PUA və pilotsuz sistemlər (9%), radarlar (9%), pilotlu təyyarələr və avionika (9%), müşahidə və oproelektronika (5%), nəqliyyat vasitələri və zirehli personal daşıyıcıları (7%), rabitə sistemləri (6%), kəşfiyyat və kibersistemlər (4%) və digərləri.

2021-ci ildə İsrailin müdafiə ixracının 34%-nin Asiya-Sakit okean regionu ölkələrinə, 41%-nin Avropaya, 12%-nin Şimali Amerikaya, 3%-nin Afrikaya, daha 3%-nin isə Latın Amerikasına göndərildiyi vurğulanır. Bütün ölkələr arasında Hindistan (49%), Azərbaycan (13%), Vyetnam (6.3%), İtaliya (8.4%) və Böyük Britaniya (4.3%) liderlik edir.

Bundan əvvəl, aprelin 2-si bildirilmişdi ki, İsrail hakimiyyəti terror təhlükəsinin artması ilə əlaqədar ölkəyə əlavə ordu və polis qüvvələri yerləşdirməyi planlaşdırır.

2020-ci ilin sentyabrında Vaşinqtonda İsrail tərəfi ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreyn ilə münasibətlərin normallaşmasına dair sənədlər imzalayıb. “İbrahim sazişləri” bağlanana qədər ərəb ölkələrindən olan yəhudi dövləti yalnız Misir (1979-cu ildən) və İordaniya ilə (1994-cü ildən) diplomatik əlaqələrə malik olub.

Son xəbərlər
Digər xəbərlər