13 C
Baku
Friday, April 19, 2024

İsrailin Rusiyadakı səfirliyi pul çatışmazlığı səbəbindən işləməkdən imtina edib

Oktyabrın 30-da İsrailin dünya üzrə fəaliyyət göstərən nümayəndəlikləri bağlanır. Diplomatlar Maliyyə Nazirliyinin texniki xidmət xərclərini azaltmaq qərarına görə işləməkdən imtina edirlər. Ölkənin digər ölkələrdəki nümayəndəlikləri də analoji reaksiya veriblər.

Banker.az xəbər verir ki, İsrailin Rusiyadakı səfirliyi pul çatışmazlığı səbəbindən işləməkdən imtina edib, bu haqda nümayəndəliyin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

İsrail mətbuatının verdiyi məlumata görə, ölkənin Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin əməkdaşları tətil elan ediblər. Agentlik həmçinin yeni hesabat standartlarını yenidən qurmağı planlaşdırır. Məmurlar keçmiş xərclərinə dair hesabatı yeni formada verməli olacaqlar.

 “Mən Cənubi Sudanda səfirəm və oraya uçmaq üçün pulum yoxdur”, – deyə İsrailin Cənubi Sudandakı səfiri Hanan Goder qeyd edir. “Bizim işləməyə imkanımız çatmır. XİN-nin ayırdığı yalnız kirayə və əmək haqqı xərclərini qarşılayır, bəzən işıq pulunu da verməyi çatdıra bilirik. Lakin printer üçün yeni mürəkkəb almağa imkanımız çatmır. Kofe və səyahət üçün pulumuz yoxdur”, – deyə o vəziyyəti izah edir.

“Hər gün İsrail dövlətinin gücünün artırılması üzərində işləyirik. Təəssüflər olsun ki, Xarici İşlər Nazirliyi bizə başqa seçim qoymur. Ümid edirik ki, yaxın vaxtlarda bu problem həll olunacaq”, – İsrailin Rusiyadakı səfirliyi bildirib.

Son xəbərlər
Digər xəbərlər