İsrailin XİN başçısı: Azərbaycana investisiya yatırmaq istəyirik

“Biz Azərbaycana investisiya yatırmaq istəyirik”.

Bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: “SOCAR İsrailin şirkətindən 10% pay əldə edib. Bu etimadın, münasibətlərin irəliyə aparılmasının nümunəsidir. Azərbaycanda hər zaman yəhudilər sülh şəraitində yaşayıb və yaşamağa davam edir”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər