10 C
Baku
Thursday, December 12, 2024

İşsiz dünya: Avtomatlaşdırmanın üç nəticəsi

İqtisadçı Daniel Sasskind gələcəkdə kütləvi işsizliyin qaçılmaz olduğunu düşünür. Əgər həqiqətən də elədirsə, onda nə etmək lazımdır?

Təsəvvür edin ki, artıq işləməli deyilsiniz. Nə hiss edərdiniz? Zövq? Boşluq? Azadlıq? Narahatlıq? Yuxarıda göstərilənlərin hamısı? İqtisadçılar və müxtəlif mütəfəkkirlər uzun müddətdir ki, iş fəaliyyətinin insan həyatına göstərdiyi təsiri müzakirə edirlər. Ziqmund Freyd işin “zəruri” olduğuna inanırdı, Adam Smit isə onu “əlavə yük” adlandırırdı. 

Oxford universitetinin professoru və keçmiş hökumət müşaviri Daniel Sasskind hesab edir ki, “iş insanın beynində həkk olunub və biz işsiz həyatı təsəvvür belə edə bilmirik”. O, gələcəyə dair baxışlarını üç hissəli “İşsiz dünya” (A World without Work) adlı kitabında əks etdirmişdir: birincisi, avtomatlaşdırma iş yerlərinin azalmasına gətirib çıxaracaqdır; ikincisi, bu texnoloji işsizlik ədalətsiz dünyamızı daha da ədalətsiz hala gətirəcəkdir; və üçüncüsü, bütün bunların qarşısını almaq üçün dövlət siyasətinin dəyişməsi lazımdır. 

Bu üç fərziyyədən biri daha inandırıcı gəlir. Sasskind etiraf edir ki, işçilər gələcəkdə maşınla əvəz edilmək təhlükəsi üzündən təşvişə düşürlər və bu dəfə təhlükə realdır. Süni zəkanın sürətli inkişafı bunu təsdiq edir. Uzun illər idi ki, alimlər insanın düşüncə tərzini və davranışını təkrarlaya biləcək maşın üzərində çalışıblar. Bəzən bu mümkünsüz görünürdü və 1980-cı ildə süni intellekt öz inkişafını dayandırdı. 

Və sonra 1997-ci ildə IBM Deep Blue şahmat oyununda qrossmeyster Harri Kasparovu məğlub etdi. Bu, vacib mərhələ idi, çünki maşın Kasparov kimi düşünmürdü. Bunun əvəzinə, o, Susskindin “kobud emal gücü” adlandırdığı üsuldan istifadə etdi. 2016-cı ildə AlphaGo adlı bir robot dünyanın ən yaxşı Go oyunçusu Li Sedolanı məğlub etdi. Beləliklə, cəmi bir neçə il ərzində bu praqmatik yanaşma maşınların insanlarla rəqabət aparmağa, məğlub etməyə və hətta sıxışdırmağa imkan verdi. 

Sasskind avtomatlaşdırmanın insanları sıxışdıracağını təsdiqləyən bir çox arqument irəli sürür. Bu gün maliyyə vəkilinin üç saata gördüyü işi üç dəqiqəyə yerinə yetirə bilirlər, alqoritmlər hətta musiqi yazmağa belə imkan verir. Mütəxəssisin fikrincə, gələcəkdə kütləvi işsizliyin qaçılmazdır. Bu proses iqtisadiyyatın quruluşundan, həmçinin istehsal olunan məhsul və xidmətlərdən asılı olaraq müxtəlif sürətlə baş verəcək. 

Gələcəyə baxmaq üçün Sasskind Böyük Britaniyanın kənd təsərrüfatı sektoruna müraciət edir. Son 150 ildə texnologiyalar bu ölkənin kənd təsərrüfatı istehsalını demək olar ki, beş dəfə artırsa da, işçiləri sayı azalmağa davam edir. O qeyd edir ki, səmərəliliyin artması yeni tələb yaradır və bu, maşınların yükü çoxaldı. 10 il əvvəl ABŞ-da sənaye robotlarının araşdırılması göstərdi ki, 1000 işçiyə 1 yeni robotun tətbiqi iqtisadiyyatda 5,6 iş yerinin və əmək haqqının azalmasına səbəb oldu. 

Daniel Sasskind işsiz dünyanın daha ədalətsiz olacağını hesab edir. Bir çox proseslər artıq avtomatlaşdırılıb deyə, insan kapitalının dəyəri sıfıra enəcəkdir. Əslində, avtomatlaşdırma sənayesi çoxları üçün sərfəli deyil, çünki süni zəka böyük miqdarda məlumat və emal gücünə ehtiyac duyur. 2017-ci ilin ortalarında əldə edilən məlumata görə, Alphabet, Amazon, Apple, Facebook Microsoft son 10 ildə 435 alışa 131 milyard dollar xərcləyib. 

Belə bir vəziyyətdə insanlar nə etməli? Bəlkə də, çox şey hökumətdən asıdır. Dövlət bütün diqqətini sərvətin istehsalına deyil, bölüşdürülməsinə yönəltməlidir. Bazar qüvvələri sərvəti qeyri-bərabər paylayırlar, Sasskind bunun qarşısının alınması üçün atılan təşəbbüslərin müharibə ilə nəticələnə biləcəyini qeyd edir. 

Sasskind əmək haqqında qanunlara yenidən baxılmasının, o cümlədən vergilərin artırılmasının və kapitalın bərabər bölüşdürülməsinin tərəfdarı olduğunu bildirir. Ədalətli bölüşdürməni təmin etmək üçün mütəxəssis modifikasiya edilmiş universal gəlir sistemini tətbiq etməyi təklif edir. O, boynuna alır ki, bunun üçün nəzərdə tutulmuş sosial tələblərin necə olacağını bilmir. Bəlkə, “bədii və mədəni məqsədlərin gözlənilməsi”, “siyasi, maarifləndirmə, məişət və könüllü fəaliyyətlər”?

Hökumət sərmayə, iş yerlərinin çatışmazlığı problemi ilə mübarizə aparmağa kömək edəcək qanunvericiliyin tərtib edilməsi və asudə vaxtın konstruktiv siyasətinin qəbulu kimi funksiyalara malik olmalıdır. 

Sasskindin gələcəyi bulanır şəkildə təsvir edir: avtomatlaşdırılmış iqtisadiyyat qapalı görünür, mikroiqtisadi meyllər (məsələn, əmək qabiliyyətli insanların sayının azalması) nəzərə alınmır. Düzdür, Sasskind haqlıdır. İş – müasir identikliyin ayrılmaz bir hissəsidir və onsuz dünyanı təsəvvür etmək mümkün deyil. Buna baxmayaraq, o, ən azından bunu etməyə cəhd etmiş oldu.  

 

Son xəbərlər
Digər xəbərlər