-1 C
Baku
Sunday, December 15, 2024

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər ediləcək

“İşsizlikdən sığorta haqqında” qanuna yenidən dəyişikliklər həyata keçiriləcək”.

Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib.

Onun sözlərinə görə, kvota üzrə iş yerlərini dolduran işəgötürənlərə əlavə iş yerlərinin açılması müqabilində iş yerinin 100 % maliyyələşdirilməsi təmin ediləcək: “Bu istiqamətdə artıq işlərə başlanılıb. Hazırda həmin layihə üzərində iş gedir. Əgər işə götürən iş yeri üzrə kvotanı doldurduqda əlavə iş yerinin maliyyələşdirilməsi İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına həyata keçirəcəyik”.

Sədr müavini bildirib ki, bu il üçün bir çox yeniliklər olacaq: “Digər aktiv məşğulluq tədbirlərimiz olacaq. Vətəndaşlar da təkliflərini verə bilər. Artıq hədəf ölkələr müəyyən edilib, onların təcrübəsi də öyrənilir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər