1 C
Baku
Saturday, December 14, 2024

İstanbulda mümkün zəlzələ səbəbindən beş ildə 1 milyondan çox ev köçürüləcək

Türkiyənin hakimiyyət orqanları 17 milyonluq İstanbul şəhərində yeddi baldan yuxarı mümkün zəlzələ səbəbindən dağılma ehtimalı olan 1.5 milyon yaşayış binasının sakinlərini beş il ərzində köçürməyi planlaşdırır.

Bu barədə CNN Türk telekanalı Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kuruma istinadla məlumat yayıb.

“Türkiyə ərazisinin 70 faizdən çoxu seysmik zonada yerləşir. Belə rayonlardan biri olan İstanbulda beş il ərzində 1.5 milyon ev köçürüləcək. Şəhərin Avropa və Asiya hissələrinin hər birində 500 min və söküləcək binaların yerində də bir o qədər yeni bina tikiləcək”, – deyə nazir bildirib.

Türkiyənin Seysmologiya Xidməti Anadolu və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşən İstanbulda 7-7.5 bal gücündə zəlzələ proqnozlaşdırır. Belə zəlzələ 90 min evin dağılmasına, 260 min evin zədələnərək yaşamaq üçün yararsız hala düşməsinə, 4.5 milyon sakinin evsiz qalmasına səbəb ola bilər.

1999-cu ilin avqust ayında İstanbul yaxınlığında 7.6 bal gücündə zəlzələ baş verib. Episentri İstanbuldan 80 kilometr məsafədə – İzmit şəhərində yerləşən zəlzələ 17.2 min insanın həyatına son qoyub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər