9 C
Baku
Friday, December 13, 2024

İstanbulda zəlzələyə davamlı 1 milyona yaxın bina tikiləcək

Bir neçə ilə İstanbulda zəlzələyə davamlı 1 milyona yaxın ev tikiləcək.

Bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki CNN Türk telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə risk altında olan və mümkün zəlzələdən ciddi ziyan çəkə biləcək ərazilərin sakinləri məskunlaşdırılacaq.

“İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ərazi müəyyən edilib”, – deyə o bildirib.

Özhasekinin sözlərinə görə, İstanbulda 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur.

Qeyd olunub ki, ilk növbədə onlardan 600 mini köçürülməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də İstanbulu mümkün zəlzələyə hazırlamaq üçün abadlıq proqramının başladığını elan edib. Seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi barədə xəbərdarlıq edirlər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər