3 C
Baku
Saturday, December 14, 2024

İstanbulun yenidən qurulması başlandı – Minlərlə yeni bina tikiləcək

Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1.5 milyon evin sakinlərini köçürməyi planlaşdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə “Yol xəritəsi”nin təqdimatında deyib.

Bildirilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək.

Şərtlərə görə, İstanbulda hər mənzilin yenidən qurulmasına 1,5 lirə ayrılacaq. Bunun 100 min lirəsi ev hazır olanadək kirayə üçün veriəcək. Tikinti üçün qalan məbləğ isə yarı bölünəcək – 700 min lirəsini dövlət ödəyəcək, 700 min irə isə vətəndaşa güzəştli kredit kimi veriləcək. Onun ödənişinə mənzil hazır olandan 1 il sonra başlanacaq.

“İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir”, – deyə o, əlavə edib.

Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.

Son xəbərlər
Digər xəbərlər