Yeni Zelandiyanın təhsil və ictimai xidmətlər naziri Kris Hipkins ölkənin Baş naziri seçilib.
Bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb.
O, Casinda Ardernin istefasından sonra hökumətə sədrlik edəcək.
K.Hipkins Yeni Zelandiya Leyboristlər Partiyasının yeni lideri seçildikdən sonra Casinda Ardern istefasını general qubernatora təqdim edəcək və ölkənin 41-ci Baş naziri and içəcək.