10 C
Baku
Thursday, December 5, 2024

İstehlak kreditlərinin faizləri azalmaqdadır – Həcmi isə 7.14 milyardı keçib

2024-cü ilin ilk rübündə bir sıra kredit faizlərində azalma müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatlarında bildirilir.

Belə ki, kredit kartı vasitəsilə verilən kreditlərin illik dərəcələri 2023-cü ilin son rübündə orta statistik olaraq 24% olduğu halda, 2024-cü ilin birinci rübündə 23%-ə düşüb.

Eyni azalma yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərdə də müşahidə edilir. İlin əvvəlinə qədər 17% olduğu halda ilk üç ayda 16%-ə düşüb.

Bununla belə avtomobil kreditləri 11%-də, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 25%-də sabit qalıb.

AMB-nin açıqlamasına əsasən, Azərbaycanda istehlak kreditlərinin həcmi ilin ilk rübündə 204.9 mln. manat və ya 3% artımla 7 mlrd. 141.9 mln. manata yüksəlib ki bu da indiyə qədər qeydə alınmış tarixi maksimumdur. Hesabatda bildirilir ki, istehlak kreditlərinin yalnız 203.8 mln. manatı qeyri-işlək hesab edilir.

 

Son xəbərlər
Digər xəbərlər