1 C
Baku
Saturday, December 14, 2024

İstehsalata cəlb olunan tələbələrin müavinətlərinə vergi güzəştləri tətbiq edilə bilər

Vergi Məcəlləsinə dəyişiklik aparılmasını təklif edəcəyik.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda məlumat verib.

“İstehsalata cəlb olunan tələbələrin aldıqları müavinətlərə müəyyən vergi güzəştlərinin tətbiq edilməyini istəyirik. Bu, gəlir kimi yox, xərc kimi qeydə alınmalıdır. Elə edilməlidir ki, müəssisələr də gənc kadrları cəlb etməkdə maraqlı olsunlar. Hazırda özəl müəssisələr tələbələri istehsalat təcrübəsinə cəlb etməkdə maraqlı deyillər” – o qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər